İraqlıların ABŞ-dan deportasiyası dondurulub

Detroyd vəkilləri ingəncə və qətllərə məruz qalma təhlükəsi altında olan iraqlıların deportasiyasının dondurulmasını istəyib.

Hakim Mark Qoldsmit arqumentləri dinlədikdən sonra iraqlıların 14 gün müddətinə ölkədə qalmasına dair qərar çıxarıb.

Detroyd bölgəsində əksəriyyəti xristian olan 114 iraqlının deportasiyasına bu yaxınlarda göstəriş verilib.

Amerikanın Vətəndaş Azadqlıları İttifaqı hakimin deportasiyanın dondurulması müddətinin uzadılmasını istəyir.

ABŞ hökumətinin bildirdiyinə görə, ölkədə 1400 iraqlı deportasiya hökmü altındadır. Onların bəzilərinə cinayət işlədikləri üçün hökm çıxarılıb.

Deportasiya ətrafında mübahisələr İraq hökumətinin onları qəbul etməyə hazır olduğunu bildirməsindən sonra başlayıb.

Hakim Qoldsmit yurisdiksiyaya malik olduğundan əmin olmadığını deyib və 14 günün qərar vermək üçün ayırdığı zaman olduğunu bildirib.

Ədliyyə Nazirliyi rayon məhkəmələri deyil, mühacirət məhkəmələrinin qərar verməli olduğunu bildirir.

Deportasiyaların dondurulması həyatları təhlükədə olan iraqlılara mühacirət məhkəmələrinə müraciət etmək imkanı yaradır.