İraqda daha bir hücum

İraqda şiələrin yaşadığı Baquba şəhəri yaxınlığındakı kənddə bomba hücumu nəticəsində 6 adam həlak olub.

Onların 5-i eyni ailənin üzvüdür. Ölənlər arasında qadın və uşaq da var.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Bu ay sünni və şilər arasında qarşıdurmalar yüzlərlə insanın ölümünə səbəb olub.