İraq rəsmiləri bu ilin ən ölümcül günü, bu gün bombardman və atışmalar nəticəsində 106 nəfərin öldürüldüyünü və 200 nəfərin yaralandığını deyib.
Rəsmilər deyib ki, hücuma İraqın şimal-şərqindəki hərbi bazada bir nəfərin 15 iraq əsgərini öldürməsi və Kərkük şəhərində silsilə partlayışlar daxildir. Ölümcül hücumlar əsasən paytaxtın şimalındakı Taci şəhərində baş verib. Bundan başqa Bağdadda maşına yerləşdirilmiş bomba partlayıb. Hücumların məsuliyyətini heç kim üzərinə götürməyib.
Zorakılıq şənbə günü Əl-Qaidənin İraqdakı liderinin yeni fazaya başlayacağı barədə məlumatın cihad veb-səhifəsinə yerləşdirilməsindən sonraya təsadüf edir.
Əbu Bəkir Əl-Bağdadiyə mənsub olduğu ehtimal edilən audio mesajda İraq İslam dövlətinin məhkəmə rəsmilərinə hücum ediləcəyi və məhbusların azadlığa buraxılacağı deyilir.