Lakin ABŞ prezidentinin variantları çox deyil
ABŞ İraqdakı islamçı ekstremistlərə cavab yollarını nəzərdən keçirir.
İslamçı İraq Dövləti və Əl-Qaidəyə bağlı Levant qrupları paytaxtı da ələ keçirəcəkləri ilə hədələyib.
İraq hadisələri İraqa 25 milyon dollarlıq təlim və təchizat yardımı göstərən Amerika üçün utandırıcı hesab edilir.
ABŞ prezidenti Barak Obama deyib ki, böhrana cavab verilməsi istisna edilmir. Lakin sonuncu qüvvələri İraqdan çıxaran ABŞ prezidentinin variantları çox deyil. Onun Amerika əsgərlərini daha bir müharibəyə cəlb etmək niyyəti yoxdur.
Variantlardan biri pilotsuz təyyarələrlə üsyançıların hədəf alınması ola bilər. Amerika bu praktikadan Pakistan, Yəmən və Somalidə istifadə edib.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən biri deyib ki, İraqa dronlar göndərilməsi məsələsi istisna edilmir. Lakin ekspertlər dronlarla yalnız fərdlərin hədəf alına biləcəyini deyir. Bu təyyarələr qruplaşmaların fəaliyyətinə mane ola bilməz.
Müşahidəçilər hərbi müdaxilənin vacibliyini önə çəkir. Lakin Ağ Ev ABŞ qüvvələrinin yenidən İraqa göndərilməsi fikrini rədd edib.
Digər bir variant İraq qüvvələrinə silah, təlim və kəşfiyyat yardımı göstərilməsidir. Lakin ABŞ silahlarının ekstremistlərin əlinə keçmək ehtimalı da nəzərdən qaçırılmır.