Polisin verdiyi məlumata görə, bombalar martın 7-də parlament seçkilərində keçmiş baş nazir Ayad Ələvini dəstəkləmiş nüfuzlu sünni liderin evi yaxınnlığında baş verib
İraq polisinin bildirdiyinə görə, ölkənin qərbində Suriya ilə sərhəd yaxınlığında silsilə bomba hücumları zamanı azı beş nəfər həlak olub. Təhqiqatçılar Qaim şəhəri yaxınlığındakı hücumlar zamanı 15 nəfərin yaralandığını bildirirlər.
Polisin verdiyi məlumata görə, bombalar martın 7-də parlament seçkilərində keçmiş baş nazir Ayad Ələvini dəstəkləmiş nüfuzlu sünni liderin evi yaxınlığında baş verib.
Daha bir neçə bomba insanların toplaşdığı yer yaxınlığında partlayıb.
Hadisə cənab Ələvinin koalisiyasının parlamentdə yerlərin çoxunu tutaraq qələbə çaldığı elan edildikdən iki gün sonra baş verib.