Türkiyənin yarım rəsmi Anadolu Xəbər Agentliyi xəbər verib ki, Suriyaya gedən İran nömrə li 5 yük maşını Türkiyyənin Suriyyə sərhəddində gömrük rəsmiləri tərəfindən saxlanıb.Bəzi sayaytlar yazır ki, bu yük maşınları İrandan Suriyayə silah daşıyırmış.
Türkiyə rəsmiləri maşınlardakı yükün nə olması barədə məlumat verməsələr də mətbuat xəbərlərində deyilir ki, maşınların Suriya hakimiyyətinə yaxın dinçi qruplara silah apardıqları təxmin edilir. Birləşmiş Millətlərin Təhlükəsizlik Şurasının (Sazimani Millinin Əmniyyət Şurası) qərarına əsasən, bununla əlaqədar olaraq artıq Suriyaya qarşı sanksiyalar (təhrim) tətbiq edilir
Bu arada Yaşıllar hərəkatına bağlı olan “Nidayi Səbzi Azadi” vebsiytının xəbərində də, çərşənbə axşamı günü saxlanan 4 yük maşını barədə məlumat verir. Saytın xəbərində Türkiyənin Kilis vilayətinin valisinə istinadən maşınlardakı yükün silah olduğu yazılır. Xəbərdə valiyə istinadla deyilir ki, silahların növü və modelinin müəyyənləşdirilməsi üçün Ankaradan mütəxəssislər göndərilib.
Anadolu xəbər agentliyi isə daha bir yük maşının saxlandığını bildirib və vali Yusuf Odabaşa istinad edərək yazıb ki, bu maşınlar Öncüpınar Gömrük qapısından Suriyaya keçəndə, əvvəlcədən əldə olan məlumatlar əsasında saxlanıplar.
Arabir İranın qaçaq yükləri Türkiyədə saxlanır. Türk mənbələrinin iddiasına əsasən bir müddət əvvəl İran yük maşınları 18 milyar Dollar pulu Suriyayada Hizbullaha apararkən tutulmuşdular.
Türk rəsmilərinin bildirdiklərinə görə Türk məmurları Martın 1-i və 23-ündə (25 və 28 Esfənde 1389) Türkiyə hava məkanında İranın iki təyyarəsini yerə enməyə məcbur etdikdən sonra, təyyarələrdə müxtəlif silahlar aşkar olunmuşdu. Türkiyə xarici işlər nazirinin inkar etməsinə baxmayaraq, ölkənin xəbər agentlikləri yeddi İranlının həbsi barədə məlumat yaymışlar.
İranlın Türkiyyə və bəzi başqa dövlətlərlə arasında olan və gömrüklərdə gözləmə müddətini azaltmaq məqsədinə xidmət edən gömrük müqavilələrinə əsasən yükləri göndərən dövlətin səlahiyyətli şəxslərinin nəzarətində yüklənən və yoxlanış aparıldığını təstiq edən həmin dövlətin möhürü vurulmuş yük maşınları Türkiyə ya İrana gedərkən gümrüklərdə onlarda axdarış aparılmır. Bundan dolayı İran hakimiyyəti rahatcasına istədiyi yükü Türkiyyəyə ya oxşar müqavilə bağladığı başqa olan ölkəyə belə yükləri yoxlanılmadan göndərə bilir.