Iranın İraqla sərhəd bölgəsində 21 yaraqlı öldürülüb

  • Amerikanın səsi

Iranın İraqla sərhəd bölgəsində 21 yaraqlı öldürülüb

Iranın İraqla sərhəd bölgəsində kürd yaraqlıları ilə İranın İnqilab Qvardiyasının əsgəriləri arasında toqquşma zamanı 21 yaraqlı öldürülüb. Dövlət PressTV agentliyinin məlumatında deyilir ki, Sərdəşt şəhərində baş verən qarşıdurma zamanı iki əsgər yaralanıb. Son həftələr İran hükuməti yaraqlılara qarşı əməliyyatları intensivləşdirib. İran döyüşlər zamanı nailiyyət əldə etdiyini iddia edir. Kürd mediası isə İranın İnqilab Qvardiyasının 5 əsgərinin öldürüldüyünü bildirir. Döyüşlərin təfərrütını təsdiq etmək mümkün olmayıb.