İranla Qərb dövlətləri arasında yeni müzakirələr başlayır

Bu gün İrandan olan müzakirəçilər və dünyanın bir qrup qüdrətli dövlətinin nümayəndəsi İranın nüvə proqramının dinc mahiyyət daşımasını təminət altına alan uzunmüddətli razılığı müzakirə etmək üçün Avstriya paytaxtı Vyanada bir araya gəlir.

Danışıqlar öncəsi İranın xarici işlər naziri Cavad Zərif dünən axşam Avropa Birliyi Xarici Siyasət İdarəsinin rəhbəri Katerin Eştonla görüşüb. Xanım Eşton dünya qüdrətlərinin müzakirəçilərinə rəhbərlik edir.

Tərəflər Noyabr ayında müvəqqəti razılığa gəlmişdilər. Razılıq sanksiyaların yüngülləşdirilməsi qarşılığında İranı ən həssas nüvə fəaliyyətlərini dayandırmağa çağırır.

İran uzun müddət nüvə proqramının dinc mahiyyət daşıdığına iddia edib.

Yeni razılığa əsas Qərb dövlətləri Tehranın nüvə silahı hazırlamadığına təminat verməsini istəyir.