İran prezidenti İsrailin ərəb ölkələri ilə normallaşmaya dair razılaşmalarının uğursuz olacağını deyir

İran prezidenti İbrahim Rəisi

İran prezidenti İbrahim Rəisi bazar günü ABŞ televiziyasına verdiyi müsahibəsində deyib ki, ABŞ-ın dəstəyi ilə İsrailin Səudiyyə Ərəbistanı da daxil olmaqla, Körfəz ərəb dövlətləri ilə münasibətlərini normallaşdırmaq səyləri "heç bir uğur gətirməyəcək".

CNN tele kanalına müsahibəsində Rəisi həmçinin deyib ki, İran Birləşmiş Millətlər Təşkilatının nüvə nəzarəti orqanının nüvə müfəttişlərinin ölkəsində olmasını istəmədiyini deməyib.

Tehranın təyin olunmuş çox sayda müfəttişin ölkəyə gəlməsinə qadağa qoymasından bir neçə gün sonra Rəisi deyib ki, İranın BMT-nin nüvə nəzarəti orqanının nüvə obyektlərini təftiş etməsi ilə bağlı heç bir problemi yoxdur.

ABŞ-ın 2020-ci ildə münasibətlərin normallaşmasına təkan verən diplomatik təşəbbüsündən sonra İsrail Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Sudan və Mərakeşlə əlaqələr qurmağa başlayıb.

İslamın ən müqəddəs yerlərinin yerləşdiyi Səudiyyə Ərəbistanı ilə əlaqələrin qurulması İsrail üçün ən mühüm addım kimi qiymətləndirilir və bunun Yaxın Şərqin geosiyasətini dəyişəcəyinə gətirib çıxaracağı gözlənilir.

İranın nüvə proqramına münasibət bildirən Rəisi deyib: "Biz dəfələrlə bəyan etmişik və edirik ki, nüvə silahından istifadə, ümumiyyətlə, kütləvi qırğın silahlarından istifadəyə yer yoxdur. Niyə? Çünki biz buna inanmırıq, buna ehtiyacımız yoxdur".

"İran İslam Respublikası heç bir müfəttişin burada olmasını istəmədiyini deməyib" - deyə, Rəisi bildirib.