ABŞ Ədliyyə Nazirliyi Birləşmiş Ştatlar və dünyada yüzlərlə insanın kompüter şəbəkələrini sındırmaqda ittiham olunan üç iranlıya qarşı cinayət işi açıb.
Çərşənbə günü açıqlanan 30 səhifəlik ittiham aktında üç hakerin 2020-ci ilin oktyabrından 2022-ci ilin avqustuna qədər "qərəzli kompüter fəaliyyətləri" həyata keçirdiyinə görə ittiham edildiyi bildirilib.
İttiham aktı ABŞ-da və başqa yerlərdə təşkilatlara qarşı pul almaq məqsədi ilə həyata keçirilən hücumların milyardlarla dollara başa gəldiyi bildirildiyi və hüquq-mühafizə orqanlarını problemlə mübarizə səylərini artırmağa sövq edən bir vaxta təsadüf edir.
İranın haker kampaniyasının hədəfi olan təşkilatlar arasında Nyu-Cersi şəhəri, iki mühasibat şirkəti, enerji şirkəti və məişət zorakılığına qarşı sığınacaq var.
Onların hamısı kiber-cinayətkarların hədəfi kompüter fayllarını şifrələdiyi və sonra onların şifrəsini açmaq müqabilində bitcoin ödənişləri tələb etdiyi "fidyə proqramı hücumu" kimi tanınan hadisənin qurbanı olub.
İttiham aktına əsasən bəzən zərərçəkənlər hakerlərə pul ödəyib.
Hüquq-mühafizə orqanlarının nümayəndələri jurnalistlərə verdikləri brifinq zamanı deyiblər ki, kiber-hücumlar həyata keçirdikləri iddia edilən hakerlər İran hökuməti üçün işləməyib.
Hakerlər Mənsur Əhmədi, Əhməd Xatibi Ağda və Əmir Hüseyn Nikayin Rəvari hələ də azadlıqdadır və onların İranda olduğu güman edilir.
Təqsirləndirilən şəxslər kompüterin sındırılması və qəsbi də daxil olmaqla, dörd ittihamla ilə üzləşib.