Mahmud Əhmədinejadın iştirakı ilə zəlzələdən zərər çəkənlərlə 4 min yeni mənzil verilib. Amma, ucqar kəndlərdə tikinti işləri aparılmır.
İran prezidenti Mahmud Əhmədinejad Şərqi Azərbaycan vilayətinin zəlzələ baş vermiş Qaradağ mahalında olub.
APA agentliyinin məlumatına görə, M. Əhmədinejadın iştirakı ilə zəlzələdən zərər çəkənlərlə 4 min yeni mənzil verilib. Prezidenti Vərzigan şəhərinin Mehtərli kəndində bir nəfər mənzili şəxsən təhvil verib.
Səfəri ilə bağlı jurnalistlərə açıqlama verən M. Əhmədinejad bildirib ki, fəlakət bölgəsində yenidənqurma işlərinin aparılması və mövcud problemlərin aradan qaldırılması çox asan iş deyil: “Şərqi Azərbaycan vilayətinin 300 kəndində bərpa işləri aparılır. Ümid edirik ki, gələn aya qədər bütün ailələrin evlə təmin olunacaq”.
Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Rəsmi rəqəmlərə əsasən, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər xəsarət alıb. Zəlzələ 18500 evin dağılması və zədələnməsinə səbəb olub. Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub.
Şərqi Azərbaycan vilayətində yaşayan soydaşlardan APA -ya daxil olan məlumata görə, dağıntılar baş vermiş bir çox kəndlərdə, xüsusi ilə də ucqar yerlərdə tikinti işləri aparılmır. Vərziganın və Herisin dağ kəndlərində şaxtalı hava şəraiti və yağan qar yaşayış vəziyyətini daha da ağırlaşdırıb. Yağıntılar nəticəsində çadırlar və içərisindəki əşyalar tamam islanır. Dağıntı baş vermiş kəndlərdə tibb mərkəzi olmadığı üçün soyuqdan səhhətində problem yarananlar yardım ala bilmirlər.
Verilən məlumata görə, Vərziganda 2 yaşlı uşaq soyuqdan ölüb. Valideynlərini itirən uşaqlar isə himayəsiz qalıb. Bölgədə içməli suya və qidaya, tibbi ləvazimatlara, yanacağa, eləcə də isti geyimə ehtiyac var.