DAK: Dünya birliyini İranda Azərbaycan türklərinin mübarizəsinə dəstək verməyə çağırırıq

Mount Agung volcano is seen spewing smoke and ash in Bali, Indonesia, in this picture obtained from social media.

Noyabrın 12-də Dünya Azərbaycanlıları Konqresi (DAK) İranda Azərbaycan türklərinin təhqir olunması və bu fonda baş verən hadisələrə dair dinləmələr keçirib.

DAK həmsədri Sabir Rüstəmxanlı “Kanal-2” televiziyasında yer alan təhqiri bir verilişin işi yox, rəsmi Tehranın Azərbaycan türklərinə münasibətinin nəticəsi kimi dəyərləndirib. İranda Güney Azərbaycan türklərinin toplum və fərd olaraq formalaşmasında fars mühitinin rolunun qabardılması əsassız sayılıb.

“Bu təhqir XII əsrdə “Şahnamə”dən bu yana gəlir və indiyə kimi davam edir”, deyən S.Rüstəmxanlı fars mühitinin türkləri təhdid etməsinin tarixi köklərinə toxunub.

Amma S.Rüstəmxanlı Güney Azərbaycan türklərinin indiyə kimi öz dilində məktəbə, universitetə, qəzet-jurnala sahib ola bilməməsini, mədəniyyətinin dünya muzeylərində “pers mədəniyyəti” kimi təqdim olunmasını millətə böyük təhqir adlandırıb.

“Bu isə millətin özünü müdafiə üçün müqavimət gücünün olmamasının göstəricisidir”,o qeyd edib.

Onun fikrincə, Azərbaycan dövləti millətin bir hissəsi olan təkcə 9 milyon azərbaycanlının yox, bütün Azərbaycan türklərinin dövlətidir və dövlət buna münasibət bildirməlidir.

Güney Azərbaycandan olan Əmir Mirvəhid təhqirlərin zaman-zaman olduğunu xatırladıb, son hadisəyə bənzər olayların bundan öncə olmasına da diqqət çəkib.

Onun fikrincə, təhqirlərin aradan qaldırılması üçün bütün türk dünyasının Güney Azərbaycana dəstək olması vacibdir.

Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn İranda baş verən etirazların güclənəcəyini güman edir.

“Regionun taleyi bu etirazlarda həll olunacaq”, o qeyd edib.

DAK Güney Azərbaycan nümayəndəliyinin başçısı Babək Muğanlı nəhayətdə Güney Azərbaycan türklərinin qələbəsinə əmindir.

Müzakirələrin sonunda bəyanat qəbil edilib. Sənəddə İranda Güney Azərbaycan türklərinə təzyiqlərin gücləndiyi qeyd edilir və telekanaldakı təhqir rəsmi təzyiqlərin tərkib hissəsi kimi dəyərləndirilir.

Təhqirə etiraz olaraq aksiyalar keçirdiklərinə görə azərbaycanlıların kütləvi şəkildə işgəncələrə, həbslərə məruz qaldığı bildirilir.

Müəlliflər rəsmi Tehranı tezliklə bu diskriminasiya hallarına son qoymağa, həbs edilən azərbaycanlıları dərhal azad etməyə, dünya birliyini və beynəlxalq qurumları bu ədalətli mübarizəyə dəstək verməyə çağırır.