İranda terrorçu özünü partladıb, ölənlər var

İranda partlayış

Partlayış İranın Sistan və Bəluçistan vilayətində baş verib
İranın Sistan və Bəluçistan vilayətindəki Çabahar şəhərində terrorçu özünü partladıb.

Trend agentliyinin məlumatına görə, terror aktı nəticəsində terrorçudan başqa iki nəfər həlak olub. Hadisə yerində olan bir neçə mülki şəxs və polis yaralanıb.

Terrorçu partlayışı cümə namazı zamanı məsciddə törətmək istəyirmiş. Lakin polis terrorçunun niyyətini başa düşdüyündən o, məscidin binasını tərk etməli olub. Buna baxamayaraq, küçədə partlayıcı qurğunu işə sala bilib.