İran Sərhəd Polisinin komandanı Bakıdadır

İran-Azərbaycan sərhədi

İran-Azərbaycan dövlət sərhədindəki vəziyyət və ikitərəfli əməkdaşlıq müzakirə edilib
İran Sərhəd Polisinin komandanı, general Hüseyn Zülfüqarinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

APA agentliyinin məlumatına görə, səfər çərçivəsində sentyabrın 17-də İran heyətinin bir sıra görüşləri planlaşdırılır.

İran nümayəndə heyəti ilə artıq Dövlət Sərhəd Xidmətində görüş olub. Görüşdə İran –Azərbaycan dövlət sərhədindəki vəziyyət və ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.