İranda 54 jurnalist və bloqçu həbsdə saxlanır. “Sərhədsiz Reportyorlar” İranda prezident seçkilərini işıqlandıracaq jurnalistlərə müraciət edib
“Sərhədsiz Reportyorlar” beynəlxalq media təşkilatı prezident seçkisini işıqlandırmaq üçün İrana gedən xarici jurnalistləri İran hakimiyyətinin zorla qəbul etdirdiyi senzuraya boyun əyməməyə çağırıb.
“Media forum” saytının məlumatına görə, iyunun 6-da yayılan bəyanatda deyilir ki, İranda 54 jurnalist və bloqçu həbsdə saxlanır: “Ümid edirik ki, İrana gedən jurnalistlər seçki nəticəsində yaranmış fürsətdən yararlanaraq İranda ən ibtidai hüquqların pozulması ilə bağlı vəziyyəti dünyaya çatdıracaq, bununla da hakimiyyətin zorla qəbul etdirdiyi senzuraya boyun əyməyəcəklər.
Biz həmçinin ümid edirik ki, xarici jurnalistlər hazırda İranda həbsdə saxlanan siyasi məhbusların ailə üzvləri ilə görüşüb onlarla danışacaq, öz ibtidai hüquqlarını müdafiə etdiyi üçün adi vətəndaşların uzun illərdir necə həbsə salındığı məsələsini dünyaya işıqlandıracaqlar”.
İranda prezident seçkisi iyunun 14-də keçiriləcək.