İran vətəndaşlarının Naxçıvana girişi sadələşdirilib

Azərbaycan turistlər üçün viza rejimini asanlaşdıracaq

Azərbaycan və İran hökuməti İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına girişi üçün birdəfəlik vizanın (15 gün müddətinə) tətbiq edilməsi haqqında razılıq sentyabrın 20-dən qüvvəyə minib. Bu barədə Trend agentliyinə İranın Azərbaycandakı səfirliyinin konsulu Möhsün Molayi bildirib.

Onun sözlərinə görə, avqustun 6-da Bakıda Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının nəticələrinə görə bu razılıq əldə olunub.

Vizanın qiyməti 10 avrodur. Viza Sədərək, Şahtaxtı və Culfa sərhəd-buraxılış məntəqələrində rəsmiləşdiriləcək. Bu viza İran vətəndaşlarına yalnız Naxçıvana səfər etmək imkanı verəcək, digər Azərbaycan şəhərlərə şamil olunmur, konsul bildirib.

Ümid edirik ki, viza rejiminin sadələşdirilməsi Azərbaycan və İranın sərhədyanı rayonlarında turizmin, ticari münasibətlərin inkişafına kömək edəcək, konsul Molayi əlavə edib.