İran xüsusi xidməti ilə əməkdaşlıq edənlərə ömürlük həbs verilib

Həbs

Hər iki şəxs dövlətə xəyanətdə ittiham olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Hafiz Vəliyev və Ağamir Ağamirovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA agentliyinin məlumatına görə prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.