Azərbaycan, Türkiyə, İran xarici işlər nazirləri görüşəcək

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü aprelin 5-6-da İranın Rəmsar şəhərində keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Görüşdə üçtərəfli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri hər il görüşür. Nazirlər növbə ilə hər üç ölkədə görüşüb regionla bağlı məsələləri müzakirə edir.