“Facebook” fəalı Səttar Behişti oktyabrın 31-də tutulub və Tehranın Evin zindanında ölüb
BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid iranlı bloqçu Səttar Behiştinin zindanda ölümünə dair izahat istəyib.
“Media forum” saytının məlumatına görə, Əhməd Şəhidin noyabrın 15-də yaydığı bəyanatda deyilir ki, Səttar Behişti İran zindanlarındakı repressiyaların ilk qurbanı deyil və Tehranda gizli idarə edilən Kəhrizək zindanında dinc aksiyaçıların qətli ilə bağlı hələ ki, heç kəs tutulub cəzalandırılmayıb.
“İran rəsmiləri gənc bloqçu Səttar Behiştinin tutulandan az sonra zindanda niyə öldüyü haqda izahat verməlidir. İran rəsmiləri zindanlarda dinc müxaliflərə qarşı bu kimi qorxunc cinayətlərdə əli olan müstəntiqləri və digər şəxsləri məsuliyyətə cəlb etməlidir. Əks təqdirdə İran hökumətinin bu məsələyə laqeyd yanaşması onun ölkədə cinayətkarları cəzadan yayındırması kimi qəbul ediləcək”.
Gənc bloqçu, “Facebook” fəalı, 35 yaşlı Səttar Behişti oktyabrın 31-də tutulub, bir neçə gündən sonra isə Tehranın Evin zindanında keçinib.