Əli Yunesi İranda ana dilinin tədrisini ictimai tələb hesab etmir
“Ana dilində tədris və ana dilinin tədrisi fərqli şeylərdir. Bunları ayırmaq lazimdir. Biz ana dilinin tədrisindən danışırıq. Ölkənin rəsmi dili farscadır, ana dilinin tədrisi də Fars dilində olmalıdır. Heç nə rəsmi dilimiz farscaya zərər verməməlidir,” deyə prezident Həsən Ruhaninin yardımçısı Əli Yunesi Etimad qəzeti ilə müsahibədə bəyan edib.
İranın qeyri-fars etnik qrupları və dini azlıqlarla bağlı məsələlər üzrə prezident yardımçısı söhbətlərində İranın rəsmi dili farscanı “milli dil” kimi təqdim edərək, “ana dili tədrisinin” bir “ictimai tələb” olmadığını irəli sürüb.
“Misal üçün, Təbriz, Kürdüstan ya Bəluçistanda xalqın məsələsi ana dili deyil. Onlar ana dilində danışır, milli dil farscada isə yazır və təhsil alırlar. İki mövzunu ayırmaq lazimdir. Ana dilində tədris və ana dilinin tədrisi fərqli şeylərdir. Dövlət ana dilinin tədrisini gündəmə gətirib ki, könüllü olanlar gəlsin. Mən hətta deyərdim ki, könüllü olanların sayı çox az olacaq. Çünki adətən uşaqlar ana dillərini yaxşı bilirlər və onu dərs kimi oxumağa ehtiyac duymurlar.”
Bəzi siyasi ekspertlər Əli Yunesinin qeyri-farsların hüquqları ilə bağlı söhbətlərini paradoksal olaraq dəyərləndirir. Onların fikrincə, Əli Yunesi prezident Həsən Ruhani hökümətinin “vitrin görünüşü” sayılır və verdiyi sözlər sadəcə şuardan ibarətdir.
Etimad qəzeti “vitrin görünüşü” olaraq dəyərləndirilməsi ilə bağlı Əli Yunesiyə sual verib. Yunesi isə vitrinin yaxşı bir şey olduğunu söyləyib.
İnsan haqları təşkilatları və İranda qeyri-fars xalqların hüquqlarını müdafiə edən qruplar prezident yardımçısının əksinə İranda ana dilində tədrisin ictimai tələb olduğunu deyirlər.
Ötən illərdə İranın Azərbaycan şəhərlərində məktəblərin açılışı, həmçinin Beynəlxalq Ana Dili Günü münasibəti ilə təşkil olunmuş etiraz aksiyalarında “Türk dilində mədrəsə” kimi şuarlar səsləndirən əhali ana dilində təhsil hüququnu tələb edib.
Amnesty International 2007-ci il martın 9-da yaydığı hesabatında həmin il 21 fevral Ana Dili Günü etirazları ilə bağlı Urmiyədə təqribən 50, Sulduzda 25, Ərdəbildə 20, Zəncanda 25 nəfərin, Qoşaçay şəhərində isə bir çox etirazçının həbsi ilə bağlı məlumat vermişdi.