İranın bir çox böyük şəhərlərində ölkənin zəifləyən iqtisadiyyatına görə qəzəblənən insanların etirazlarından sonra İranın sərt siyasətinin tərəfdarları şənbə günü ölkənin ali rəhbərini və din xadimlərinin idarə etdiyi höküməti dəstəkləmək məqsədilə nümayiş keçirib.
2009-cu ildə sərt siyasət yeridən prezident Mahmud Əhmədinejadın saxtarkarlıq ittihamı ilə yenidən prezident seçilməsini rədd edən hökümət tərəfdarlarının böyük etiraz aksiyasını yad etmək məqsədilə keçirilən bu nümayiş həftələr öncədən planlaşdırılıb.
İnqilab əleyhinə qruplar və xarici media insanların iqlisadi və yaşayış problemlərindən və qanuni tələblərindən yanlış istifadə edərək qanunsuz nümayişlər və hərc-mərclik yaratmaq səylərini davam etdirirlər
Lakin cümə axşamı onlar iqtisadi etirazlardan sonra daha da intensivləşib. Bu etirazlara isə sosial media postları və yumurta və toyuq kimi qidaların qiymətinin artması səbəb olub.
Minlərlə insan İranın bir çox şəhərində küçələrə axışıb.
Nümayişlər ilk olaraq ölkənin ikinci ən böyük şəhəri və şiələrin müqəddəs saydığı Məşəd şəhərində başlayıb. Nümayişçilər həmçinin İran hökümətini də tənqid edib. Sosial mediada yayılan videolarda nümayişçilər ilə polis arasında qarşıdurma olduğu göstərilir.
Yarı-rəsmi Fars xəbər agentliyini bildirib ki, cümə günü Qum şəhərində də etirazlar keçirilib.
Bu nümayişlərin 2009-cu ildə Əhmədinejadın yenidən prezident seçilməsindən sonra baş verən Yaşıl Hərəkatdan bəri İran İslam Respublikasında keçirilən ən böyük nümayiş olduğu deyilir.
Lakin nümayişlərlə bağlı məlumat çox deyil, çünki İranın həm dövlət həm də yarı-rəsmi mediası etirazlarla bağlı kifayət qədər məlumat yaymır. Şənbə günü İranın dövlət televiziyasının onlayn hesabatında bildirilib ki, ölkədəki dövlət mediası təhlükəsizlik rəsmilərinin əmri ilə nümayişlərlər bağlı məlumat paylaşmır.
Dövlət televiziyası etirazlarla bağlı ilk reportajını şənbə günü yayımlayıb və bəzi etirazçıların 1979-cu il İslam İnqilabından bir müddət öncə ölkədən qaçan şahın adını səsləndirdiyini bildirib.
“İnqilab əleyhinə qruplar və xarici media insanların iqlisadi və yaşayış problemlərindən və qanuni tələblərindən yanlış istifadə edərək qanunsuz nümayişlər və hərc-mərclik yaratmaq səylərini davam etdirirlər,” deyə dövlət televiziyası bildirib.
Tehranda 4 min insan şəhərin mərkəzində yerləşən Musallah ibadət məkanın toplaşıb. Onlar 2011-ci ildən bəri ev dustaqlığında olan Yaşıl Hərəkatın liderləri Mir Hüseyin Musəvi və Mehdi Karrubinin cinayət məsuliyyətinə cəlb edilməsinə çağırıb. Dünya qüdrətləri ilə 2015 nüvə razılığını əldə edən İran prezidenti Həsən Ruhani onların azadlığa buraxılmasına çalışıb, amma onlar hələ də ev dustağıdır.
İranın Ekspertlər Məclisində xidmət edən Mohsen Araki Ruhaninin iqtisadiyyatı yaxşılaşdırmaq səylərini tərifləyib, lakin deyib ki, Ruhani düşmən təzyiqlərinə qarşı müqavimət göstərmək üçün daha çox səy göstərməli olduğunu deyib.
Hökümət tərəfdarı nümayişçi Əli Əhmədi İranın iqtisadi problemlərinə görə ABŞ-ı günahlandırıb.
Rejimin korrupsiyası və ölkənin sərvətindən xaricdə terroru dəstəkləmək üçün istifadə etməsindən təngə gələn İran vətəndaşlarının dinc etirazlar keçirdiyini bildirilir.Donald Tramp
“Onlar həmişə deyir ki, ‘Biz Iran xalqını dəstəkləyirik’, bəz bədəli kim ödəyir?” deyə o bildirib.
İranın iqtisadiyyatı nüvə sazişindən sonra yaxşılaşıb.
Lakin iqtisadiyyatın yaxşılaşmasının adi İranlılara heç bir təsiri olmayıb. İşsizlik səviyyəsi hələ də yüksəkdir. Rəsmi inflasiya səviyyəsi 10 faizə çıxıb. Bu yaxınlarda isə ymurta və toyuğun qiymətləri 40 faiz artıb.
Polis bəzi etirazçıları həbs edib, amma ölkənin güçlü İnqilab Keşikçiləri müdaxilə etməyib. İqtisadi etirazlar ilkin olaraq Ruhani administrasiyasına təzyiq göstərib, amma ən son nümayişlərdən olan görüntülərdə hökümət əleyhinə şüarların səsləndirildiyi göstərilir.
Şənbə günü ABŞ prezidenti Donald Tramp etirazlara dəsətyini ifadə edən tvit atıb.
“Rejimin korrupsiyası və ölkənin sərvətindən xaricdə terroru dəstəkləmək üçün istifadə etməsindən təngə gələn İran vətəndaşlarının dinc etirazlar keçirdiyini bildirilir. İran höküməti xalqının haqlarına hörmət etməlidir və buna özlərini ifadə etmək haqqı da daxildir. Dünya onları izləyir! #IranProtests (İranEtirazları),” deyə prezident tvit paylaşıb.
Bundan əlavə Dövlət Departamenti də cümə günü etirazları dəstəkləyən bəyanat yayıb.