İranda 5.2 bal gücündə zəlzələ nəticəsində 31 adam xəsarət alıb, elektrik və kommunikasiya xətləri kəsilib.
Tehrandan 700 kilometr cənubda yerləşən Sisəxt şəhərində 10 mindən çox insan küçərlərə axışıb. Evlərə ziyan dəyib.
Yarı-rəsmi İSNA xəbər agentliyi vilayətin fövqəladə hallar xidmətinin rəhbəri Cəlal Puranfərdə istinadən bildirib ki, 18 nəfər xəstəxanaya çatdırılıb, digər 13 nəfərə lazımi yardım göstərilib.
Seysmik zonada yerləşən İranda zəlzələlər tez-tez baş verir.
Noyabr ayında zəlzələ 600-dən çox insan həyatına son qoymuşdu.
2003-cü ildə tarixi Bəm şəhərində 26 min insan bu təbii fəlakətin qurbanı olmuşdu.