“Azərbaycan kəndlərində məktəblərin zəlzələdən öncəki vəziyəti də fəlakət həddində idi. Bəlkə də, Tanrı hərkəsə bu bölgədəki insanların nə vəziyətdə yaşadıqlarını göstərmək üçün yeri titrətmək istədi.”
Bu sözləri iranlı jurnalist Saqi Ləqayi “Dərs oxumaq üçün zəlzələ uşaqlarının hər şeyi əksikdir” başlıqlı yazısında kömək üçün zəlzələ bölgələrinə gedən bir könüllünün dilindən yazıb. O əlavə edib ki, “zəlzələ olmasaydı bu dərəcədə yoxsul bölgələrin var olduğunu bilməyəcəkdik.”
Yazıda uşaqların dil problemlərinə də işarə olunub: “fəlakət burasındadır ki, o uşaqlar fars dilində təhsil almağa məcburdurlar, amma təhsil səviyyəsi çox aşağıdır və adətən onların heç biri farsca danışa bilmir.”
Saqi Ləqayi həmçinin, başqa bir şahidin dilindən yazıb ki, “bəzi kəndlərdə xalq zəlzələnin dağıtmadığı məktəb binalarında yerləşiblər və bu da uşaqların təhsil prosesini axsadıb. Əlbəttə onlar da haqlıdırlar, xalqın bu şaxta və qarda heç bir sığınacağı yoxdur. Vərziqanda şəhər xəstəxanasının zəlzələdə çökməsi üzündən məktəblərin birindən xəstəxana kimi istifadə edilir.”
Fatma Kəmani adında başqa bir jurnalist isə zəlzələ uşaqlarının dilindən ədəbi bir parça yazıb: “Axı qar adamı düzəltmək üçün əlcəyin olmalıdır. Oyun yoldaşın olmalıdır. İslanmış paltarlarla evə döndüyün zaman biri səni isti çayla gözləməlidir. Amma mən əlcəklərimi itirmişəm. Hansı ev? Söküntülərinin altında qaldığımız evmi? Hansı oyun yoldaşları? Onları ambulansa mindirdirib apardıqdan sonra heç görmədim ki.”
İranda xəbər agentliklərinin yazdığına görə, uşaqlar zəlzələ bölgələrində yayılan qrip, qızılca və ağciyər iltihabı kimi xəstəliklər qarşısında çox müdafiəsizdirlər.