İranda 800-dək insan göbələkdən zəhərlənib

İranda 800-dək insanın göbələkdən zəhərləndiyi və onlardan 11-nin vəfat etdiyi xəbər verilib.

İran Səhiyyə Nazirliyinin mayın 21-də verdiyi məlumata görə, 200 nəfər xəstəxanalara yerləşdirilib. Nazirlik bildirir ki, belə zəhərlənmədən müalicə üçün səmərəli vasitələr mövcud deyil.

Qeyd olunur ki, zəhərli göbələklər xarici görünüşlərinə görə yeməli göbələklərə çox bənzər olub.

Təsnim agentliyi xəbər verir ki, sözügedən göbələklər İranın qərbindəki dağ ətəklərindən yığılıb.

Hakimiyyət orqanları əhalini yalnız mağazalardakı göbələkləri almağa çağırıb.