Ayətulla Əli Xameneyi : ABŞ və onun “Avropa müstəmləkələri” İranı diz çökdürməyə nail ola bilmədi

İranın ali ruhani rəhbəri ABŞ və onun “Avropa müstəmləkələrinin” İranı diz çökdürməyə nail ola bilmədiyini bildirib.

Ayətulla Əli Xameneyi veb səhifəsində ilk dəfə nüvə müzakirələrinə münasibət bildirib.

İran və 6 dövlətin xarici işlər nazirləri İranın nüvə proqramına dair zamanı razılıq əldə edə bilmədiklərinə görə müzakirələrin müddəti iyul ayının 1-dək uzadılıb.

ABŞ dövlət katibi Con Kerri çinli həmkarı ilə görüş keçirərək, danışıqlaın statusunu müzakirə edib.

Con Kerri bəzi müşkül məsələlərin həllində inkişaflar əldə edildiyini və tərəflər dünyanı daha təhlükəsiz və sabit bir yerə çevirəcək razılığın əldə edilməsinə yaxınlaşdığını deyib.

İran prezidenti Həsən Ruhani isə bildirib ki, müzakirələrin qalibi olacaq İran razılıq əldə edilənədək danışıqları davam etdirəcək.

Diplomatlar martın 1-dək iş planını hazırlayacaqlarını və 3 ay sonra onun təsdiqinə nail olacaqlarını bildirib.

ABŞ, Britaniya, Çin, Fransa və Almaniya nümayəndələrinin iştirak etdiyi müzakirələr zamanı Iranın nüvə proqramına dair yekun razılıq əldə edilməli idi.

Hazırkı müzakirələrin əsas amalı dərin fikir ayrılıqlarını aradan qaldırıb, tərəflərin öz hökumətlərini güzəştlərə razı salmaq idi.