2012-ci ilin avqustunda bu şəhər zəlzələ nəticəsində dağılıb
2012-ci ilin avqustunda İran Azərbaycanında baş vermiş faciəvi zəlzələ bölgəsində yerləşən Vərziqan şəhərinin millət vəkili Allahverdi Dehqaninin sözlərinə görə, zəlzələ nəticəsində evlərini itirmiş əhali hələ də konteynerlərdə yaşayır.
“Zəlzələ bu bölgənin əhalisinə çox böyük zərər verdi. İndiki durumda şəhər bir inşaat sahəsinə bənzəyir. Tikilməkdə olan evlər və mənzillərin çoxu yarımçıq qalıb və əhali müvəqqəti konteyner evlərdə yaşayır,” deyə cənab Dehqani İran İslami Şura Məclisinin mətbuat orqanı olan Millətin Evi xəbər agentliyinə müsahibədə qeyd edib.
Vərziqan şəhəri güneyin qarlı-şaxtalı qışı və kəskin soyuq havası ilə tanınan Qaradağ bölgəsində yerləşib.
Millət vəkili Vərziqan şəhərində su və elektrik çatışmazlığı ilə bağlı danışıb.
2012-ci il avqustun 11-də Şərqi Azərbaycan vilayətinin Qaradağ bölgəsində baş verən 6,2 bal gücündə zəlzələ nəticəsində, rəsmi statistikaya görə, 306 nəfər ölmüş, xəsarət almış 400-dən artıq kəndin 65-də isə bütün evlər dağılmışdı. Yerli jurnalistlər və bir neçə millət vəkili rəsmilər tərəfindən yayılan statistikaya şübhə ilə yanaşaraq, zəlzələ nəticəsində dəymiş zərərin qat-qat artıq olduğunu bəyan edib.