İran prezidenti Mahmud Əhmədinejadın Venesuela prezidenti Uqo Çavesin anası Yelena Friasa başsağlığı verərkən çəkildiyi şəkli böyük qalmaqal yaradıb. Belə ki, İslam qanunlarına əsasən fiziki təmas günah hesab edilir.
Venesuelanın Miraflores Press ofisinin yaydığı şəkil Tehranın mühafizəkar dindar icmasında tənqidlə qarşılanıb.
İranın Əl-Monitor agentliyinin bildirdiyinə görə, Hüccətül İslam Hüseyn İbrahimi suda boğularkən yardım və tibbi müalicədən başqa hər bir naməhrəm qadına toxunmağın böyük günah olduğunu deyib.
Əhmədinejadın tərəfdarlarının bəzisi şəklin saxta və onun BMT nüvə agentliyinin sabiq direktoru Məhəmməd Əlbaradeini qucaqladığı şəklin rəqəmsal surəti olduğunu deyir. Lakin New York Times qəzeti Entekhab.ir saytına istinad edərək yaşlı kişi ilə şəklin fotoşopun bəhrəsi olduğunu yazır.
Bu arada Venesuelada Əlbaradei ilə şəklin fotoşop olduğuna dair video dəlil meydana çıxıb.
http://www.youtube.com/embed/Fn87FFfJpso