Dövlət katbi Hillari Klinton:"Şahram Əmiri ABŞ-a öz istəyi ilə gəlib."

Dövlət katbi Hillari Klinton:"Şahram Əmiri ABŞ-a öz istəyi ilə gəlib."

İran Əmirinin ABŞ tərəfindən oğurlandığını bildirir. ABŞ onun Amerikaya keçdiyini deyir

İranlı nüvə fiziki Şahram Əmirinin harada olduğu bir sirr olaraq qalırdı. O, keçən ilin iyun ayında itkin düşmüşdü. Vəziyyət internetdə bir-biri ilə əlaqədar olmayan videoların çıxması ilə daha da qaranlıq görünürdü.

Video görüntülərin birində özünün Əmiri olduğunu bildirən şəxs Mədinə şəhərində oğurlandığını deyir.

Onu həqiqətənmi ABŞ agentləri Səudiyyə Ərəbistanında götümüşdülər?

Ya da başqa bir videoda dediyi kimi, o, Amerika kəşfiyyatından qaça bilmişdimi?

Başqa bir videoda isə o artıq sağ-salamat ABŞ-da olub təhsilini davam etdirmək istədiyini deyir.

Bu doğrudan da belə idimi?

İran Əmirinin ABŞ tərəfindən oğurlandığını bildirir. ABŞ onun Amerikaya keçdiyini deyir.

Bütün bunlardan sonra yeni bir dönüş. Əmiri Vaşinqtonda İranın maraqlarını təmsil edən şöbəsinə gedərək, İrana qaytarılmasını istəyir. Pakistan 1979-cu ildə islam inqilabından sonra İranın ABŞ-da maraqlarını təmsil edir.

ABŞ Dövlət katibi Hillari Klinton deyir ki, Əmirinin bazar ertəsi günü İrana qayıdacağı gözlənilirdi, lakin o, səfərlə bağlı hazırlıqları başa çatdırmamışdı.

“Cənab Əmiri Birləşmiş Ştatlarda öz istəyi ilə qalmışdı və getməyində də azaddır.”

Şahram Əmiri İranın Atom enerjisi agentliyində çalışırdı. Onun dəyərli informasiyaya malik olduğu bildirilirdi. Yaxın Şərq institutunda təhlilçi Aleks Vatanka buna şübhə ilə yanaşır.

“İranlılara , xüsusilə də 30 yaşlarında olan gənc iranlıların nəslinə yaxınlaşmaq baxımından bu, ABŞ üçün qələbədir. Amma onda onlara lazım olan informasiya yoxdursa, onu saxlamağın nə mənası var?

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli Əmirinin Amerikada rəsmilərlə görüşdüyünü deyib, lakin onun sirləri verdiyinə dair bir söz söyləməyib.

Onun bu suala nə üçün cavab verə bilməyəcəyi soruşulduqda Filip Krolu bu haqda məlumatı olmadığını deyib.

Bəzi təhlilçilər Əmirinin qayıtmasının İranda saxlanan amerikalıların dəyişdirilə biləcəyini düşünürlər.

Təhlilçi Alesk Vatanka.

“Gələn illər və aylar nə olacağını görmək maraqlıdlr. Məsələn, Əmirinin işi İranda bir ilə yaxındır saxlanan üç amerikalı turistin işinə necə təsir göstərəcək.”

Aleks Vatankanın sözlərinə görə, həqiqət Əmirinin başına nələrin gələcəyindən asılı olacaq. İran onu başqa tərəfə keçib sonradan fikrini dəyişərək, vətənə qayıdan adam kimi qəbul edəcəkmi?