İran amerikalı qadının Ermənistanla sərhəddə saxlandığını rədd edir

  • Amerikanın səsi

İran amerikalı qadının Ermənistanla sərhəddə saxlandığını rədd edir

İranın dövlətə məxsus televiziyası mətbuatda rəsmilərin amerikalı qadını casusluq ittihamları ilə həbs etdiyinə dair əvvəl verilən məlumatlara zidd xəbər verib. Əl-Ələm televiziyasının verdiyi məlumata görə, 55 yaşlı Hal Talayanın vizası olmadığı üçün onun İrana daxil olmasına icazə verilməyib və o, Ermənistana qaytarılıb. Bu, mətbuatda rəsmilərin Talayanı bir həftə əvvəl Ermənistandan Norduz sərhəddini vizasız keçməyə cəhd göstərdiyi zaman saxladığına dair məlumatlarla təzad təşkil edir. Dövlət Departamentinin sözçüsü Amerikanın səsinə bildirib ki, ABŞ məlumatdan xəbərdardır və işlə məşğul olur. Onun sözlərinə görə, Dövlət Departamenti qadının həbs edilib-edilmədiyi, ya da erməni vətəndaşı olub-olmadığını təsdiq edə bilmir.