Türkiyə və İran rəsmiləri iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirmək məqsədilə Tehranda üçüncü gündür danışıqlar keçirir. Danışıqlar Obama administrasiyasının İranın beynəlxalq sanksiyalardan yayına bilməsi üçün Türkiyə ilə ticarət əlaqələrindən istifadə edə biləcəyinə dair narahatlıqlarının mövcud olduğu bir vaxt keçirilir. İran prezidenti Mahmud Əhmədinejad Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu ilə görüşdən sonra xaricilərin Yaxın Şərqdə hadisələrə müdaxiləsi ilə bağlı xəbərdarlıq edib. Cənab Əhmədinejad bu açıqlamaları Türkiyə lideri ilə görüşdən bir gün sonra rəsmi veb səhifəsində verib. Tehran və Ankara ticarətə dair danışıqları intensivləşdirib.