İranda İŞİD-in hücumlarından sonra təzyiqlərin artacağı qorxusu mövcuddur

İran islahatçıları və müxalifət qruplarını İslam Dövlətinin Tehranda həyata keçirdiyi 2 hücumdan sonra sərt-xətt tərəfdarlarının sosial mediaya qarşı təzyiqlərini artırmaqla yanaşı, islahat vədlərindən əl çəkilməsinə çalışacaqları narahat edir.

İmam Xomeyni Məqbərəsinə və İran İslam Məclisinə terror hücumu nəticəsində 17 nəfər ölüb, 42 nəfər yaralanıb.

Hücumların məsuliyyətini üzərinə alan İŞİD İranı əlavə hücumlar həyata keçirəcəyi ilə hədələyib.

Qrup İranı hələ 2007-ci ildəi təhdid etmişdi, lakin buna məhəl qoyulmamışdı.

Rejimin tərəfdarları açıq şəkildə sünni teologiyasına əsaslanan İŞİD-in əhalisinin əksəriyyəti şiə olan İranda qəbul edilməyəcəyini bəyan etmişdi.

Lakin bu ideologiyaya baxmayaraq İŞİD sıralarına qoşulanlar da olub.

Hücumlarla əlaqəli indiyədək 40-dan çox adam həbs edilib. Onların İŞİD-ə bağlı olduğundan şübhələnilir.

Hücumçuların əksəriyyətinin Suriya və İraqda İŞİD yaraqlıları ilə döyüşən iranlılar olduğu bildirilib.

Bəzi ekspertlərin fikrincə, İŞİD-ə İranda dəstək verənlərin sayı 1000-nə yaxındır.

Hücumlara ilk reaksiyanı bildirərkən ali ruhani lider Atəyulla Xameneyi yeni prezident seçilən Həsən Runahini birbaşa olmasa da tənqid edib.

O, Ruhani administrasiyasını dissidentlərin sosial media vasitəsi ilə təşkilatlandırıldığını bildirib.

Bəziləri Xameneyinin şərhinin sosial mediaya təzyiq cağırışı kimi interpretasiya ediləcəyini deyir.