İran valyutası dəyərini itirməkdə davam edir

Dünən İran valyutası dollara nisbətən bir qədər də dəyərini itirib. Bu, Qərbin İrana tətbiq etdiyi sanksiyaların İran iqtisadiyyatını zəiflətməsinin əlavə göstəricisidir.

İrannın pul vahidi olan rialın dəyəri dünən qara bazarda bir dollara nisbətən 29600-dən 34500-ə qalxıb. İran valyutasının dəyəri ABŞ-la Avropa İttifaqı uran zənginləşdirmə proqramının qarşısını almaq məqsədi ilə Tehrana iqtisadi sanksiyalar tətbiq etdikdən sonra bu il enib.

Sanksiyalar İranın başlıca gəlir mənbəyi olan neft ixracının və xaricdə maliyyə əməliyyatlarının qarşısını alıb. Sanksiyalar eyni zamanda İranın daxilində inflyasiyanın və işsizliyin artmasına səbəb olub.