İran prezidenti İbrahim Rəisi Suriyada müharibədən sonra ilk dəfə olaraq Dəməşqə səfər edəcək

İran prezidenti İbrahim Rəisi

İranın dövlət mediası İran prezidenti İbrahim Rəisinin Suriya rejimi ilə regional əməkdaşlığın güclənməsi fonunda "çox vacib" iki günlük səfər çərçivəsində çərşənbə günü Dəməşqə gedəcəyini bildirib.

"Doktor Rəisinin gələn çərşənbə günü Dəməşqə səfəri regionda baş verən dəyişikliklər və hadisələr fonunda çox əhəmiyyətli bir səfərdir" - deyə, İRNA dövlət xəbər agentliyi bazar günü İranın Suriyadakı səfiri Hüseyn Əkbəriyə istinad edərək bildirib.

İRNA-nın məlumatına görə, Rəisi Suriya prezidenti Bəşər Əsədin rəsmi dəvəti ilə iki günlük səfərində "yüksək səviyyəli iqtisadi və siyasi nümayəndə heyətinə" başçılıq edəcək.

Əsədin əsas müttəfiqi olan Tehran Suriyada 12 ildir davam edən münaqişə zamanı onun hökumətini dəstəkləsə də, 2011-ci ildə müharibə başlayandan bəri İran prezidentlərindən heç biri bu ölkəyə səfər etməyib.

Səfər regional rəqiblər olan İran və Səudiyyə Ərəbistanı arasında yaxınlaşmaya dair əlamətdar sazişin əldə edilməsindən həftələr sonraya təsadüf edir. Bu, həmçinin ərəb ölkələrilərin vaxtilə təcrid olunmuş Suriya hökuməti ilə yenidən əlaqə qurmaq istəyini vurğulayır.

"Bu səfər təkcə Tehran və Dəməşq üçün faydalı olmayacaq, həm də regiondakı digər ölkələrin də faydalana biləcəyi yaxşı bir hadisədir" - deyə, İRNA dövlət xəbər agentliyi bazar günü İranın Suriyadakı səfiri Hüseyn Əkbəriyə istinadən bildirib.

Suriyanın paytaxtına səfər edən sonuncu İran prezidenti 2010-cu ilin sentyabrında Mahmud Əhmədinejad olub.

Bəşar Əsəd sonuncu dəfə Tehrana may ayında səfər edib. Bu, onun müharibə başlayandan bəri İslam Respublikasına ikinci səfəri olub.