Suriyada zəif inkişaf İran və Rusiyanın qarşısını saxlamır [Təhlil]

ABŞ rəsmilərinin bildirdiyinə görə, Suriya prezidenti Bəşar Əl-Əsədin tərəfində döyüşən hərbi qüvvələr Rusiya və İranın ciddi dəstəyinə baxmayaraq, ölkənin şimal-qərbində üsyançılara qarşı ağır döyüşlər aparır. Rəsmilər eyni zamanda, həm Rusiyanın, həm də İranın münaqişəyə daha dərindın cəlb olunaraq, səyləri intensivləşdirəcəyini bildirir.

“Rejim tərəfdarı qüvvələr Rusiyanın son günlər hava hücumlarını artırmasına baxmayaraq, bü günə qədər az uğura nail ola bilib”-deyə ABŞ kəşfiyyat orqanlarının bir rəsmisi Amerikanın Səsinə bildirib.

Rusiyanın döyüş təyyarələri İŞİD-in mövqelərini bombalayır -Rusiya Müdafiə nazirliyinin açıqladğı video

Suriyada hücumlarla bağlı ictimaiyyətə açıqlama vermək səlahiyyəti olmayan daha bir Amerika rəsmisi isə Rusiya və İranın dəstəyi ilə Suriyanın şimal-qərbində hücumlarda tədricən irəliləyişin əldə edildiyini deyib.

“Suriya müxalifəti ərazidə cəsarətli şəkildə döyüşür”-deyə o əlavə edib.

“Bunu qeyd etmək lazımdır ki, biz son zamanlar İranın yüksək səviyyəli zabitlərinin daha çox qətlə yetirildiyinin şahidi oluruq” -təhlilçi Maykl Horovits

Rusiyanın Suriyada hava hücumları kampaniyasını başladığı vaxtdan rejim tərəfdarı qüvvələr əsas etibarilə Homs, Həma və Hələb şəhərləri ətrafında irəliləyişə nail olub. İranın İnqilabi Qvardiyasının əsgərləri ilə yanaşı, Suriya ordusunun qalıqları və İraq, Pakistan və Əfqanıstanda İran tərəfindən təlim görmüş şiə qüvvələrin daxil olduğu koalisiya ilə birlikdə vəziyyətdə böyük dəyişiklik baş verməyib.

Təhlilçilərin sözlərinə görə, bunun yerinə, İran tələfatlara məruz qalıb. Bir neçə yüksək rütbəli komandirin təxminlərinə görə, İranın İnqilabi Qvardiyası sıralarında tələfatlar 20 nəfərlə 200 arasında ola bilər.

Bununla belə, İran geri çəkilmək deyil, arxayın şəkildə davranmağa davam edir.

Döyüşlərin ciddiliyi kifayət qədər dəyərləndirilməyib

Qərargahı Yaxın Şərqdə yerləşən geo-siyasət məsələləri üzrə məsləhət mərkəzi Levantin Qrupunda aparıcı təhlilçi Maykl Horovits hesab edir ki, İran hərbi əməliyyatlara daha çox cəlb olunmaq və öz əsgərlərindən istifadə etmək istəyir. “Bunu qeyd etmək lazımdır ki, biz son zamanlar İranın yüksək səviyyəli zabitlərinin daha çox qətlə yetirildiyinin şahidi oluruq”-deyə o əlavə edib.

Bazar ertəsi İranın dövlətə məxsus mediası İranın İnqilabi Qvardiyasının komandiri Moslem Xizabinin qətlə yetirildiyini bildirirərək, bundan bir həftə əvvəl daha üç yüksək rütbəli zabitin öldürüldüyünü qeyd edib.

“İranlılar döyüşdə tam yəqinliklə çox təcrübəli, yüksək rütbəli adamlarını itirir. Onlar bu döyüşün nə qədər çətin olacağını dəyərləndirə bilməyiblər”-təhlilçi Matt Makinnis

İranın daha bir yüksək rütbəli komandiri, general Hosseyn Həmədani bu ayın əvvəli Hələb ətrafında döyüşlərdə qətlə yetirilmişdi. ABŞ-ın kəşfiyyat orqanlarının bir rəsmisi onun ölümünü Əsəd tərəfdarı qüvvələr üçün “psixoloji zərbə” adlandırıb.

Amerika Sahibkarlar İnstitutunun baş təhlilçisi Matt Makinnis: “İranlılar döyüşdə tam yəqinliklə çox təcrübəli, yüksək rütbəli adamlarını itirir. Onlar bu döyüşün nə qədər çətin olacağını dəyərləndirə bilməyiblər.”

ABŞ-ın İraqda Mərkəzi Komandanlığında təhlilçi və müşavir olmuş Makinnis İranın Suriyada təcrübəsini Birləşmiş Ştatların İraqda və Əfqanıstanda son 15 ildə “süründürmə missiyası” ilə müqayisə edir.

İran generalı Hosseyn Həmədani

“Onların üsyançılar əleyhinə səyləri təsirə malik deyil və onlar daha çox adam göndərməlidir. Biz gələcəkdə quruda daha çox əsgəri qüvvə görə biləcəyik”-deyə o bildirir.

Əsk-terror məsələləri üzrə bir amerikalı ekspert Amerikanın Səsinə deyib ki, İranın Suriya və İraqda bir neçə yüksək rütbəli zabitinin həyatını riskə qoymaq istəyi Tehranın bu münaqişələrə nə dərəcədə önəm verməsinə işarə edir. “Komandirlərin əvəz edilməsi asan iş deyil”-deyə o əlavə edib.

İranın Suriya və İraqda bir neçə yüksək rütbəli zabitinin həyatını riskə qoymaq istəyi Tehranın bu münaqişələrə nə dərəcədə önəm verməsinə işarə edir"-əks-terror məsələləri üzrə amerikalı ekspert

ABŞ-ın kəşfiyyat orqanları və müdafiə nazirliyinin rəsmiləri bildirir ki, bütün inkişaflar İranın münaqişəyə daha çox cəlb olunacağına işarə edir və “Əsəd rejiminə hərbi dəstək getdikcə daha da artırılacaq.”

Birləşmiş Ştatlar rəsmiləri Rusiyanın da Suriyaya hava və su yolu ilə hərbi təchizatı artıracağı və rejim tərəfdarı döyüşçülərin Hələb ətrafında ərazilərdə mərkəzləşəcəyi ilə bağlı xəbərdarlıq edir.

Hava hücumları tələfatlar gətirir

Bu arada, Rusiyanın üsyançıların mövqelərini bombalaması tələfatlarla nəticələnir.

30-dan üsyançı qrupu özündə birləşdirən Hələbin Fatihi (Fatih Haleb) birləşməsinin komandirləri ABŞ-dan təchizat və təlim alan yarı-hərbi dəstələrin komandiri də daxil olmaqla, ağır tələfatlar verməyə başladıqlarını bildiriblər.

Suriya ordusunun döyüşçüləri

Rusiyanın Latakiya vilayətində daha bir hava hücumu nəticəsində isə ABŞ-ın dəstəyini aldığına inanılan daha bir üsyançı qrup olan Birinci Sahil Diviziyasının komandiri Basil Zamo qətlə yetirilib.

“Onlar üsyançıların müdafiə qabiliyyətini yoxlayır, onların reaksiyasını və zəif tərəflərini öyrənməyə çalışır”- təhlilçi Maykl Horovits

ABŞ rəsmiləri v təhlilçilər eyni zamanda xəbərdarlıq edir ki, Rusiyanın məsafədən idarə olunan uçan cihazlar və kəşfiyyat toplamaq məqsədilə başqa müasir texnoloji qurğulardan istifadəni artırması ilə yüksək rütbəli komandirlərin hədəf alındığı hücumların sayı belə görünür çoxalacaq.

Qərb təhlilçiləri və rəsmiləri həmçinin Suriya, İran və Əsəd tərəfdarı başqa qüvvələr tərəfindən daha böyük hücumun yaxında baş verə biləcəyi ilə bağlı narahatlıqlarını ifadə edir. Bu qüvvələrin sayının 10 min döyüşçüyə çata bilməsi ehtimal edilir.

Onlar deyir ki, əsas məqsəd Dəməşq, Homs və Hələbi birləşdirən M5 şosse yolunu üsyançı qüvvələrdən geri almaqdır.

“Onlar üsyançıların müdafiə qabiliyyətini yoxlayır, onların reaksiyasını və zəif tərəflərini öyrənməyə çalışır”-deyə Levantin Qrupunun təhlilçisi Maykl Horovits bildirir. Onun sözlərinə görə, “belə görünür, onlar hərbi kampaniyanın Hələb üzərində mərkəzləşəcəyini artıq müəyyən edib.”