İran Suriya müharibəsinə könüllüləri cəlb edir

İran artıq Suriya münaqişəsinə müdaxiləsini gizlətməyərək, açıq şəkildə şiə müsəlmanların müdafiəsi məqsədi ilə xususi birləşmə yaradıldığını bildirir.

Xüsusiləşdrilmiş batalyonun fəaliyyətlərini müqəddəs ziyarətgahların müdafiəsinədək genişləndirmək göstərir ki, İnqilab Keşikçiləri Qvardiyasının siyasi ambisiyaları təkvə Əsəd rejimini qorumaqla məhdudlaşmır

Ötən həftə İranın İnqilab Qvardiyasının general-mayoru Əli Cəfəri xüsusi birləşmənin Suriya ərazisində döyüşlərdə iştirak edəcəyini bəyan edib.

Maddi maraqlar da daxil edilməklə, sədaqətli və inamlı gənclər birləşməyə könüllülər kimi cəlb edilir.

Batalyon komandiri Seyyid Mahmud Şah Haşemi “Fatehinlər” adlandırılan bu döyüşçülərin Suriyada fəaliyyəti və şiələrin Dəməşqdəki “Zeynəb Məbədi”nin müdafiəsində həlak olanların adlarını açıqlayıb.

“Xüsusiləşdrilmiş batalyonun fəaliyyətlərini müqəddəs ziyarətgahların müdafiəsinədək genişləndirmək göstərir ki, İnqilab Keşikçiləri Qvardiyasının siyasi ambisiyaları təkvə Əsəd rejimini qorumaqla məhdudlaşmır,” ekspert Rəsul Nəfisi bildirir.

Xüsusi birləşmə Suriya ərazisində döyüşlərdə iştirak edəcək

İran “Məbəd Müdafiəçiləri” kimi qələmə verdiyi döyüşçülərin Suriya prezidenti Əsəd qüvvələrini dəstəklədikləri şübhə doğurmur.

Təhlilçilərin fikrincə, İranın hərbi əməliyyatların genişləndirilməsi planı Suriyada atəşkəs əldə edilməsinə dair beynəlxalq səylərə mane ola bilər.

“Fatehinlər” birləşməsi İranın Bəsic qüvvələrinin yeni cinahıdır.

Bəsic 1979-cu ildə İslam İnqilabının banisi Ayətulla Əli Xomenyinin göstərişi ilə təsis edilmişdi.

İranda İslam hökumətinin əsas himayədarı sayılan Bəsic 1980-1988-ci ildə İran-İraq müharibəsi zamanı sıralarına könüllüləri cəlb etməklə genişlənmişdi.

Ekspertlər deyir ki, könüllülər batalyonu iqtisadi problemlərlə mübarizə aparmağa çalışan Ruhani hökuməti ilə İnqilab Qvardiyası arasında bir növ konsessiya hesab edilə bilər.

Batalyonun nə qədər əsgərdən ibarət olacağı barədə məlumat verilməyib.

İranlı döyüşçülər və onlara müttəfiq partisan dəstələri rəqib qüvvələrlə mübarizədə mühüm rol oynayır.

Suriyanın müxalifət qrupları usə Tehranı zorakılıqlara əl atmaqda günahlandırır.