İran Macarıstan səfirini çağıraraq Avropa İttifaqı və Britaniyanın sanksiyalarını pisləyib

İranın dövlət mediasının xəbər verdiyinə görə, İran Xarici İşlər Nazirliyi Avropa Birliyinin Tehrana qarşı yeni sanksiyalarına etiraz etmək üçün çərşənbə axşamı Macarıstanın səfirini çağırıb və Qərbin onun Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı iddialarını rədd edib.

Bazar ertəsi Avropa İttifaqı İranın Rusiyaya ballistik raket ötürməsı ilə bağlı iddiaya əsasalanaraq, "İran Air" aviaşirkəti də daxil olmaqla, 7 nəfər və 7 təşkilata sanksiya tətbiq etməyə razılıq verib. Avropa İttifaqına üzv olmayan Britaniya da yeni sanksiyalara qoşulub.

Macarıstanın səfiri Budapeştin 27 ölkədən ibarət Avropa İttifaqına sədrlik etdiyi üçün çağırılıb.

"Görüş İslam Respublikasının Avropa İttifaqının son qərarına kəskin etirazını ifadə etməklə yanaşı, İrana qarşı sanksiyalar kimi qeyri-qanuni və məcburedici üsullardan istifadənin qəbuledilməz olduğunu və heç bir nəticə verməyəcəyini vurğulamağa yardım etdi," rəsmi İRNA xəbər agentliyi bildirib.

Birləşmiş Ştatların keçən ay Rusiyanın Ukraynadakı müharibə üçün İrandan ballistik raketlər aldığını deməsindən sonra Britaniya bazar ertəsi İrana qarşı sanksiyalar rejiminə yeni doqquz əlavə edib.

"Təəssüf ki, bəzi Avropa ölkələri və Britaniya İranın bu münaqişəyə hərbi müdaxilə etdiyini sübuta yetirmədən iddia edib və bu, tamamilə təkzib olunub," İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqhayi X-də raket ötürülmələrini inkar edərək deyib.

Baqhayi deyib ki, İranın fərdlərinə və qurumlarına qarşı yeni sanksiyaların tətbiqi beynəlxalq hüquqa ziddir.

İranın Mülki Aviasiya Təşkilatının sözçüsü IRNA xəbər agentliyinə milli hava yolu şirkəti "Iran Air" gərək olan uçuş icazələrini ala bilmədiyi üçün Avropaya uçuşları dayandıracağını deyib. İran Hava Yolları Assosiasiyasının rəsmisi İranın Əmək Xəbər Agentliyinə bildirib ki, "İran Air" son vaxtlar Avropaya uçuşlar həyata keçirən yeganə İran aviaşirkətidir.

"Saha Airlines", "Mahan Air" və İranın müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri son sanksiyaların subyektidir.

Həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun tanınmış simaları, İran Təyyarə İstehsalı Sənayesi və Aerokosmik Sənaye Təşkilatının idarəedici direktorları da Avropa İttifaqının sanksiyaları ilə üzləşir

Sanksiyalara habelə maliyyə vəasitlərinin dondurulması və Avropa İttifaqına səyahət qadağası daxildir.