Səkinə Aştiyani ərinin qətlinin detallarını televiziyada təkrarən açıqlayıb

  • Amerikanın səsi

Səkinə Aştiyani ərinin qətlinin detallarını televiziyada təkrarən açıqlayıb

İranın Press TV televiziyasında qətlin səhnələşdirilmiş videosu nümayiş etdirilib

Iran televiziyasında daşqalaq edilməklə ölümə məhkum edilmiş Səkinə Aştiyaninin xəbərdə deyildiyi kimi, həyat yoldaşını necə qətlə yetirdiyini göstərdiyi səhnə nümayiş etdirilib. Press TV-nin cümə günü yayımladığı səhnələşidirilmiş bu videoda Səkinə Məhəmməd Aştiyani İran rəsmilərinin bundan əvvəl bildirdiyi kimi, həyat yoldaşını necə qətlə yetirdiyinin detallarını açıqlayır. 43 yaşlı Aştiyani 2006-cı ildə həyat yoldaşının qətli ilə bağlı iki müxtəlif məhkəmədə məhkum olmuş və ona ölüm cəzası verilmişdir. Daşqalaq cəzası ona qətldən sonra iki kişi ilə qeyri-qanuni münasibətlərdə olduğuna görə verilmişdir.