İranın qız məktəblərində zəhərlənmə halları davam edir

Amerikanın Səsinin Fars xidmətinin verdiyi məlumata görə, Tehran da daxil olmaqla, İranın bir sıra şəhərlərdə əsasən qız məktəblərinə qaz və kimyəvi hücumlar çərşənbə günü də davam edib. Onlarla şagird xəstəxanaya yerləşdirilib.

Amerikanın Səsinə daxil olan xəbərlərə və sosial şəbəkələrdə yayılan videolara görə, İranın müxtəlif vilayətlərində azı beş məktəb kimyəvi qaz hücumuna məruz qalıb.

Əsasən qız şagirdlərin ardıcıl zəhərlənmələri 2022-ci il noyabrın 30-da ildə Qum şəhərində başlayıb və bütün ölkəyə yayılmaqda davam edir.

Martın ortalarında İran dövlət mediası azı 60 məktəbdən 1200-dən çox iranlı qızın kimyəvi hücumdan xəstələndiyini bildirib. İrandakı insan haqları fəalları bu rəqəmin 7000-dən çox olduğunu bildirib.

Amnesty International təşkilatı çərşənbə axşamı xəbərdarlıq edib ki, "İranda qəsdən qız məktəblərinə qarşı davam edən kimyəvi qaz hücumları milyonlarla məktəbli qızın təhsil, sağlamlıq və həyat hüquqlarını risk altına alır".

Amnesty International İran hakimiyyətini hücumları lazımi şəkildə araşdırmamaqda və qarşısını almamaqda ittiham edərək, qızlarda aşkar edilən simptomların "stres", "həyəcan" və ya "ruhi yoluxma" kimi qiymətləndirini rədd edib.