İranın nüvə sazişinin canlandırılması danışıqlarına müvəqqəti ara verilib

İranın nümayəndə heyətinin rəhbəri bildirib ki, İran və altı dünya qüdrətinin 2015-ci il nüvə sazişini canlandırmaq üçün aparılan danışıqlar təxirə salınacağını və müzakirəçilər məsləhətləşmələr üçün ölkələrinə qayıdacaq.

Abbas Araqçı Vyanadan İran Dövlət Televiziyasına verdiyi açıqlamada deyib ki, həmişəkindən indi daha çox razılığa yaxınlaşırıq, lakin razıllıq və aramızadakı fikir ayrılırları hələ də qalmaqdadır. O, bunların aradan qaldırılmasının asan bir iş olmadığını bildirib.

Rəsmi danışıqların nə vaxt bərpa ediləcəyi bəlli deyil.

İranda cümə günü sərtxətt tərəfdarı İbrahim Rəisi prezident seçkilərində praqmatist Həsən Ruhanini əvəz edərək qələbə əldə edib. Ancaq bu, İranın bütün böyük siyasətlərində son sözünü deyən ali ruhani lider Ayətullah Əli Xameneyi dövründə nüvə müqaviləsini bərpa etmək və ABŞ-ın sərt neft və maliyyə sanksiyalarından qurtarmaq səylərini pozmayacaq.

Amnesty International Rəisinin qələbəsinə dair xəbərlərə cavab olaraq onun insanların yoxa çıxması, işgəncələr, qətllər və insan haqlarına qarşı “nəzarətdən çıxan təqiblər”dəki rolu ilə bağlı araşdırmanın aparılmasına yenidən çağırış edib.

Seçkidə rəsmi seçici fəallığının 48.8 faiz olduğu bildirilir ki, bu 1979-cu ildə baş verən İslam İnqilabından bəri ən aşağı göstəricidir.

Aprel ayından bəri Vyanada İranın müqavilənin şərtlərinə tam etməsi müqabilində ABŞ-ın sanksiyaların ləğvi ilə bağlı danışıqlar davam edir.