İran sanksiyalardan qaçmaq üçün xarici bankdan istifadə edir

İran sanksiyalardan qaçmaq üçün xarici bankdan istifadə edir

Wall Street Journal qəzetinin yazdığına görə, Hamburqda fəaliyyət göstərən bank BMT, Avropa Birliyi və Birləşmiş Ştatların qara siyahısında olan şirkətlərin adından iş görüb

Almaniyanın maliyyə rəsmiləri Hamburqda fəaəliyyət göstərən bankın İrana raket və nüvə proqramları ilə əlaqədar sanksiyalardan boyun qaçırmağa kömək edib-etmədiyi ilə bağlı tədqiqat apardıqlarını bildirirlər.

Maliyyə nazirliyinin sözçüsü deyib ki, Berlin Avropa-Iran Ticarət Bankı AG-nin fəaliyyətlərində bir yanlışlıq olduğu haqda xəbərdar deyil, lakin Almaniya rəsmiləri iddialara baxırlar.

Wall Street Journal qəzetinin yazdığına görə, bank BMT, Avropa Birliyi və Birləşmiş Ştatların qara siyahısında olan şirkətlərin adından iş görüb. Qəzet bildirir ki, bank İranın raket və nüvə sahəsində fəaliyyətlərilə bağlı olduğu deyilən şirkətlər də daxil olmaqla, silah təchizatı ilə məşğul olan İran şirkətləri ilə iş görüb.