Yüzlərlə iranlı fəal akademik Səid Mədəninin həbs cəzasını qınayan məktub imzalayıb

Səid Mədəni

İranın yüzlərlə siyasi və ictimai fəalı sosioloq Səid Mədəniyə cəmiyyətin müxtəlif aspektləri ilə bağlı yazılarına görə verilən 9 illik həbs cəzasını pisləyən məktub dərc edib. Məkdubda deyilib ki, belə bir cəza İranın məhkəmə sistemində müstəqilliyin olmaması deməkdir.

Haşim Ağacəri, Əbülfəzl Qadyani, Əli Əfşari də daxil olmaqla, 600-dən çox fəalın imzaladığı məktubda Mədəniyə qarşı irəli sürülən ittihamların əsassız olduğu və İslam Respublikasının təhlükəsizlik qurumları tərəfindən uydurulduğu bildirilib.

Tehranın İslam İnqilabı Məhkəməsi dekabr ayında İranın tanınmış sosioloqu və jurnalisti "mütəşəkkilliyə qarşı qruplar yaratmaq və idarə etmək"də və "İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda" təqsirli bilinib.

Fevralın 22-də dərc olunan məktubu imzalayanlar qeyd edib ki, "belə hökmlərin İran cəmiyyətini azadlıq və ədalətə can atan mütəfəkkirlərdən məhrum etməkdən başqa heç bir təsiri yoxdur və yalnız ölkənin zorakılıqdan kənar inkişafının qarşısını alır".

Mənbənin AzadlıqRadiosuna verdiyi məlumata görə, 61 yaşlı Mədəniyə qarşı ittihamlar əsasən onun İran cəmiyyətinin müxtəlif aspektlərini təsvir edən və izah edən materiallarına əsaslanır.

Yanvar ayında Mədəninin ABŞ-ın Yel Universitetində bir illik tədqiqat proqramına başlamaq üçün İranı tərk etməsinin qarşısı alınıb. O, İranda qadınlara qarşı zorakılıq, uşaqlara qarşı qəddarlıq, fahişəlik və yoxsulluq da daxil olmaqla, sosial məsələlərlə bağlı bir neçə araşdırmasını dərc edib.

İranda Səid Mədəninin bəzi kitablarının nəşrinə qadağa qoyulub.