Xərçəng xəstəliyindən əziyyət çəkən iranlı fəal Sadiqi yenidən məhkum olunub

Araş Sadiqi və həyat yoldaşı Qülrox İrayi

Xərçəng diaqnozu qoyulmasına baxmayaraq, artıq 19 il həbs cəzası çəkən iranlı siyasi fəal Araş Sadiqi polis nəzarətində olan gənc qadının ölümü ilə bağlı etiraz aksiyalarında iştirak etdiyinə görə, yenidən 5 ildən çox həbs cəzasına məhkum edilib.

Sadiqinin vəkili Ramin Səfərniya yanvarın 25-də Twitter səhifəsində müvəkkilinin Tehranda və İranın şimal vilayətlərində yaşamasına qadağa qoyulub. O, "milli təhlükəsizliyə qarşı "toplaşma və sui-qəsd", eləcə də "İslam respublikasına qarşı təbliğat fəaliyyəti"ndə təqsirli bilindiyinə görə, iki il ərzində internet vasitəsilə fəaliyyət göstərə bilməz.

Səfərniya əlavə edib ki, Sadiqi heç bir siyasi və ya ictimai partiyanın və ya qrupun üzvü ola bilməz və onun bütün şəxsi əşyaları "hökumətin xeyrinə" müsadirə olunacaq.

Bir neçə dəfə həbsdə olan və həbsdə olarkən xərçəng diaqnozu qoyulan Sadiqi bir il yarım bundan əvvəl azalığa buraxılmışdı. Bu, 2013-cü ildə onun hökumətə qarşı təbliğat, ali ruhani liderə böhtan və milli təhlükəsizliyə hədə ittihamı ilə mühakimə olunmasından sonraya təsadüf edib.

Tehranın Əllamə Təbatəbayi Universitetinin tələbəsi olan siyasi fəal çap olunmamış bədii əsərlər yazmaq ittihamı irəli sürülən həyat yoldaşının həbsinə etiraz olaraq 2016-cı ildə də daxil olmaqla, bir neçə dəfə aclıq aksiyası keçirib.

Sadiqi 2021-ci ildə azad edilib. Oktyabr ayında o, 22 yaşlı Məhsa Əmininin örtüyünü düzgün örtmədiyi iddiası ilə əxlaq polisi tərəfindən həbs edildikdən və öldürüldükdən sonra baş qaldıran etirazlar zamanı yenidən həbs edilib.