Həsən Ruhani İranın 7-ci prezidenti kimi vəzifəsinə başlayır

Sabah İranda Həsən Ruhani ölkənin 7-ci prezidenti kimi and içərək vəzifəsinə başlayır. O, ali ruhani rəhbər Ayətulla Əli Xamneyinin ev sahibliyi edəcəyi mərasimdə vəzifəsini təhvil alacaq.

Andiçmə öncəsi Ruhani mübahisələr obyektinə çevrilib. Belə ki, beynəlxalq xəbər agentlikləri İranın and içərək vəzifəsinə başlamağa hazırlaşan prezidentinin İsraili “kəsilib çıxarılmalı yara” adlandırdığını, lakin İranın dövlət televiziyası Həsən Ruhaninin çıxışının təhrif edildiyini bildirib.

Ruhaninin müxbirlərlə söhbətini nümayiş etdirilən videoda Ruhaninin Fələstin ərazilərinin zəbtini islam icmasının köhnə yarası adlandırdığı nümayiş etdirilib.

İranın xəbər agentliklərinin məlumatına görə, Rushani İsrailin fələstinlilərlə sülh danışıqlarının bərpası səylərinə şübhə ilə yanaşdığını deyib.

Bazar günü vəzifəsinə başlayacaq Ruhaninin dedikləri ilə bağlı xəbərlər Qüds günü mərasimlərinə təsadüf edib.

Həsən Ruhaninin dediklərinə münasibət bildirən İsrailin baş naziri Benyamin Netanyahu İranın yeni liderinin əsl üzünü gözlənildiyindən daha tez göstərdiyini deyib. Netanyahu Ruhaninin şərhini İranın İsrailə qarşı fəaliyyət planının bir hissəsi adlandırıb.