İranın yeni prezidenti daha açıq və azad cəmiyyətə çağıraraq,güclü hökumətin şəxsi həyatlara müdaxilə edən hökumət olmadığını deyib.
Bu gün Tehranda bir qrup ruhani qarşısında çıxış edən Həsən Ruhani bildirib ki, indi hökumətin Facebook kimi sosial media şəbəkələrindən istifadə etmə vaxtıdır. Prezident deyib ki, İnternet-ə çıxışlara mane olmamalıdır.
Ruhaninin rəsmi Twitter hesabında bildirilir ki, veb səhifələrinin filterdən keçirilməsi etimadsızlığı artırmaqdan başqa bir şey deyil.
O, #ümid və #idrak kimi haştaqlardan istifadə edib.
İranın yenicə seçilmiş prezidenti dövlət televiziyasının daxili problemlərlə bağlı daha açıq məlumat verməli olduğunu deyib. O, hökumətin səbir, rasionallıq və təmkin nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Avqust ayının 3-də andiçmə mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq Ruhanini yüksək işsizlik, inflyasiya və beynəlxalq sanksiyaların mənfi təsirləri ilə mübarizə gözləyir.