İran hökuməti milli valyuta olan rialdan dörd sıfırı silmək planını təsdiqləyib. Bu, ölkənin yüksək inflyasiya ilə mübarizə apardığı bir dönəmdə həyata keçirilir.
Açıqlamana iyulun 31-də hökumətin iclasında hökumətin sözçüsü Əli Rabieyi verib.
İndi planı parlament və Ekspertlər Şurası təsdiqləməlidir.
İran valyutasının re-denominasiyası illərdi müzakirə olunurdu, çünki milli valyuta dəyərdən düşürdü.
Beynəlxalq Valyuta Fondu (BVF) apreldə bildirib ki, bu il İran iqtisadiyyatının 6 faiz azalacağını, inflyasiyanın 40 faizə çatacağını gözləyir.
Birləşmiş Ştatlar ötən ilin mayında Tehranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişindən çıxıb, İrana sanksiyaları bərpa edib. Bundan sonra rial daha da dəyərsizləşib.