İran İnqilab Keşikçiləri Qvardiyası ölkədəki etirazlara dair şayiələrlə bağlı xəbərdarlıq edib

İranın nüfuzlu İnqilab Keşikçiləri Qvardiyası cümə axşamı İslam Respublikasının məhkəmə sistemini polis nəzarətində öldürülməsi ümummilli etirazlara səbəb olan gənc qadın haqqında "yalan xəbər və şayiələr yayanları" mühakimə etməyə çağırıb.

Cümə axşamı Tehranda və İranın digər şəhərlərində etirazçılar polis məntəqələrini və avtomobilləri yandırıb, belə ki? ölümlə bağlı ictimai qəzəb azalma əlaməti göstərmir, təhlükəsizlik qüvvələrinə hücumlar edilir.

22 yaşlı Məhsa Əmini keçən həftə Tehranda baş örtüyü ilə bağlı qaydaları pozduğu iddiası ilə polis nəzarətinə götürülüb və orada dünyasını dəyişib. Səlahiyyətlilər onun ölüm səbəbi ilə bağlı araşdırma aparacaqlarını bildiriblər.

İnqilab Keşikçiləri Qvardiyası Əmininin ailəsinə və yaxınlarına başsağlığı verib.

"Küçələrdə olduğu kimi sosial şəbəkələrdə də yalan xəbərlər və şayiələr yayan, cəmiyyətin psixoloji təhlükəsizliyinə hədə yaradan şəxslərin müəyyən edilməsi və onlarla qətiyyətlə mübarizə aparması üçün məhkəmə orqanlarına müraciət etmişik" , qvardiyanın bəyanatında deyilib.

İran mediası cümə günü hökumətyönlü etirazların planlaşdırıldığını bildirib.

"İran xalqının iradəsi budur: Cinayətkarlara aman verməyin" - deyə, sərt mövqedən çıxış edən, nüfuzlu "Kayhan" qəzetinin baş məqaləsində bildirilib.

Əmininin ölümü ilə bağlı keçirilən etirazlar İslam Respublikasında 2019-cu ildən bəri ən böyük etirazlardır. Aksiyaların əksəriyyəti İranın kürdlərin məskunlaşdığı şimal-qərb bölgəsində cəmləşsə də, sonradan paytaxta və ölkənin azı 50 şəhər və qəsəbəsinə yayılıb. Polis etirazçıları dağıtmaq üçün güc tətbiq edib.

İranın iki yarı-rəsmi xəbər agentliyinin cümə axşamı verdiyi məlumata görə, İranın hökumətyönlü yarı-hərbi "Bəsic" təşkilatının üzvü çərşənbə günü ölkənin şimal-şərqindəki Məşhəd şəhərində bıçaqlanaraq öldürülüb.

"Tasnim" xəbər agentliyi "Bəsic" hərəkatının daha bir üzvünün çərşənbə günü Qəzvin şəhərində "iğtişaşçılar və qruplaşmalar" tərəfindən açılan güllə yarası nəticəsində öldürüldüyünü və iğtişaşlar zamanı öldürülən təhlükəsizlik qüvvələrinin ümumi sayının dördə çatdığını bildirib.