Rəqs müəllimi Yusuf Sələhşur nəzarət altına alına bilər
Azərbaycan veb səhifələrinin yaydığı məlumata gğrə, Azərbaycan rəqsləri kursu təşkil etdiyi üçün Təbriz şəhərində fəaliyyət göstərən idman klubu İran polisi tərəfindən qapadılıb.
“İranın mənəviyyat polisi məmurları mədəni fəal Yusuf Sələhşurun müəllimliyi ilə rəqs kursları təşkil edən idman klubunun qapısını möhürləyib, klubun sahibini isə İran polisinin təhlükəsizlik bölməsinə çağıraraq sorğu-suala çəkib” - deyə Oyan News saytı yazır.
Oyan News əlavə edib ki, məmurlar rəqs müəllimi Yusuf Sələhşuru nəzarət altına almaq istəsələr də, onu tapa bilməyiblər. Məlumatda azərbaycanlı fəalın təşkil etdiyi rəqs kurslarının bundan öncə də bir neçə dəfə bağlandığı bildirilir.
Yusuf Sələhşur 2011-ci ilin avqust ayında 28 türk fəalla birlikdə Təbrizin Qumtəpə məhəlləsindəki bir evdə Urmiyə gölünün quruması ilə bağlı toplantı keçirərkən həbs edilmişdi.
Milli fəal daha sonra müvəqqəti olaraq zəmanətlə azadlığa buraxılsa da, məhkəmə tərəfindən 4 ay qəti və 20 ay şərti həbsə məhkum edilmişdi. O, ötən illərdə məhkum olunduğu dörd ay həbs müddətini Təbrizin mərkəzi zindanında keçirib.