İran Qətəri dəstəkləyir [Video]

Your browser doesn’t support HTML5

İran Qətəri dəstəkləyir

İranlılar Yaxın Şərqdə yaranan gərginliyə görə ABŞ-ı günahlandırır.

Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və digər dövlətlər Qətərlə diplomatik əlaqələri kəsdikdən sonra Doha sakinləri mağazalarda ərzaq qıtlığı ilə qarşılaşıblar.

Doha sakini - "Bu gün burda tez-tez yediyimiz toyuq ətlərindən tapa bilmədik. Məcbur qalıb başqa alternativlərdən almalı olacağıq. Təzə süd tapmaq da çətin məsələdir."

Tehranlı siyasi təhlilçi Fuad İzadi Qətərə qarşı aparılan təcridetmə siyasətini qınayaraq bildirib ki, Suveren ölkəni blokada salmaq müharibəyə bərabərdir. İnsanlar bundan ziyan çəkirlər. İran qonşu ölkələrlə əlaqələrini gücləndirmək üçün imkanlar axtarır. Düşünürəm ki, Qətərin cənub, şərq və qərb tərəflərdən blokadaya alınması İrana Qətər höküməti ilə arasında olan münasibətləri gücləndirmək üçün şərait yaradacaq. Çünki, Qətər üçün yalnızca bir çıxış olacaq, bu da İranın yerləşdiyi şimal ərazilərdir.

Səudiyyə Ərəbistanın Xarici İşlər Naziri Abdel Əl-Cubeir İranla sıx əlaqələrinin olmasına görə Qətərə qarşı tədbirin görülməsi fikrini müdafiə edib.

"Biz hər kəsə açıq şəkildə bildiririk ki, İran qeyri-sabit gücə malikdir, İran xaosu təşviq edir, İran dağıdıcı və ölümcüldür. İranın bütün siyasəti Yaxın Şərqdə təriqətçiliyi yaymaq üzərində qurulub. İran Yaxın Şərq ölkələrini öz təsiri altına salıb, Fars imperiyasını yenidən bərpa etməyə çalışır. Bu da qəbuledilməzdir."

Lakin, İranlı ofis işçisi Yaxın Şərqdəki ciddi narazılığa görə Birləşmiş Ştatları günahlandırır.

Əmir Hüseyn

"Məncə ABŞ pərdə arxasından rol oynuyur. Birləşmiş Ştatlar silah sata bilsin deyə region ölkələrində müxtəlif bəhanələrlə münaqişələr yaradır."

Bütün istiqamətlərdən blokadaya salınan Qətər tranzit üçün İran və İraqın yerləşdiyi şimal tərəfini istifadə etmək məcburiyyətində qalıb. İraqın Baş Naziri Heydər Əl-Əbədi çərşənbə axşamı bildirib ki, onun ölkəsi yaranmış münaqişədə tərəf tutmayacaq.