İran uran proqramını təhlükəli formadan çıxarır [Video]

Your browser doesn’t support HTML5

BMT-nin nüvə agentlıiyinin bildirdiyinə görə, İran uran zənginləşdirilməsi proqramını təhlükəli formadan çıxararaq, nüvə silahının istehsalında istifadə edilməyəcək hala gətirib. Bu addım keçən il İranla altıqlıq arasında əldə edilən razılığa əsasən atılır. Bunun müqabilində İrana qarşı sanksiyalar yüngülləşdiriləcək.

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın 20 faizlik zəngilnləşdiilmiş uran proqramını dəyişdiyini bəyan edib. Zənginləşdirilmiş urandan nüvə silahı istehsalında istifadə edilir. Tehran isə bomba istehsal etmək niyyətində olmadığını deyərək, nüvə proqramının dinc mahiyyət daşığını bildirir.

Nüvə agentliyinin açıqlaması İranla altılığın müzakirələrinin noyabr ayının 24-nə qədər uzadıldığı elan edildikdən sonra verilib. Lakin Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun eksperti Mark Fitzpatrikin dediyinə görə, görülməli iş hələ çoxdur. “Sanskiyaların yüngülləşdirilməsi,uran zənginləşdirilməsi proqramının məhdudlaşdırılması barədə razılıq əldə edilib. Lakin İranın fəaliyyətlərinin məhdudlaşdırılması barədə heç bir razılıq yoxdur.”

Tərəflərin möhlətin uzaldılmasına dair razılıq əldə etməsindən sonra Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Katrin Eşton gələcəkdə görülməli bir çox iş olduğunu deyib. “Birgə fəaliyyət planında bəzi mühüm nailiyyətlər əldə edilsə də, vaxt və səy tələb edən işlər görülməmiş qalır.”

Eştonun ilin sonunda Avropa İttifaqının üzvü kimi vəzifəsini tərk etməsi məsələnin həlli çətinləşdirə bilər.

Fitzpatrik gələn bir neçə ay ərzində razılıq əldə ediləcəyinə skeptik münasibət bəsləyir. “İranın proqramı məhdudlaşdırılır. Bu isə o deməkdir ki, nüvə silahı istehsal edilməsi mümkün olmayacaq. İran əlbəttə niyyətinin bu olmadığını təkrar edəcək. Diplomatiyanın işlədiyini görəcəyik. Lakin çarə tapılmayıb. Bunun da bir neçə ay ərzində tapılacağını düşünmürəm.”

İran 20 faizlik uran zənginləşdirilməsini dayandırıb, 2.8 milyard dollarlıq hesablarırın açılmasına çalışır. W Leqal şirkətinin İran məsələləri üzrə eksperti Nigel Kuşner tərəflərin bu addımları alqışladığını deyir. “Müştərilərimizin çoxu İranla gəlirli biznes əlaqələrinə qayıtmaq istəyir. Mənim onlara sözüm budur. Sanksiyalar qaldırıldıqdan sonra marketinqinizi əlinizə alıb İrana gedin. Müzakirələr aparın. Qanuni şəkildə razılaşın.”

İranla Qərb dövlətlərinin növbəti müzakirələrinin tarixi bəlli deyil. Lakin bunun gələn bir neçə həftə ərzində baş tutacağına dair söhbətlər gəzir.