İranda prezidentliyə qadın namizəd ola bilərmi?

İran Konstitusional Nəzarət Qrupunun üzvü dünən açıqladığı bəyanatda deyilir ki, prezidentliyə qadın namizəd ola bilməz. Bu bəyanat iyunun 14-də keçiriləcək prezident seçkilərində namizəd olmağa çalışan 30-a yaxın qadının ümidlərini puç edib.

Hətta Ayətulla Məhəmməd Yəzdi açıqlamasından öncə də qadın namizədlərin nəzərdən keçirilməsi demək olar ki, mümkünsüz görünürdü.

Vaşinqton Post yazır ki, Əvvəlki seçkilərdə də qadınlar prezidentliyə namizəd olmağa cəhd göstərib, ancaq Nəzarət qrupu Konstitusiyaya görə yanlız kişilərin prezident ola biləcəyini bəyan edərək, onların namizədliyini ləğv edib. Buna baxmayaraq qanun qadınların parlamentə üzv olmasına icazə verir.

Ayətulla Yəzdiyə istinad edən yarı-rəsmi Mehr agentliyi bildirir ki, qanun qadınların prezidentliyinə icazə vermir və onların adının bülletenlərdə olması qadağandır.